AZƏRTAC tərcüməçi vəzifəsinə vakansiya elan edib.
Oxu24.com iş barədə məlumatları təqdim edir:
- Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
- İş vaxtı növbəli.
Namizəd ali təhsilli olmalı; Azərbaycan və rus dillərini mükəmməl bilməli; Tərcüməçi kimi 5 il iş təcrübəsi olmalı; xəbər mətnlərinin üslubunu bilməli; kompüterdə mətni sürətli yığa bilmək bacağına malik olmalı; komandada işləyə bilməlidir.
Namizədlərdən özləri haqqında məlumatı 2023-cü il iyulun 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxu24.com
ŞƏRHLƏR