Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91122
az

Bağça tərbiyəçisindən uşağa qarşı ŞİDDƏT - VİDEO

14:2719 İyun, 2023
95
CƏMİYYƏT
  • A

Azərbaycanda uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar və şiddət göstərilib. 

OXU24.COM bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb və fiziki təzyiq göstərib. Üstəlik onun valideynlərini digər azyaşlıların gözü önündə qeyri-etik ifadələrlə söyüb. 

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub. Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən dərhal reaksiya gəlib. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında həmin görüntünün 3 il əvvələ aid olduğunu bildirib: 

"Həmin video Nizami rayonu 264 nömrəli uşaq bağçasında çəkilib və görüntülər 3 il əvvələ aiddir. Həmin vaxt isə zəruri tədbirlər görülüb"- deyə DİN rəsmisi əlavə edib.  

Həmin görüntüləri təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
"Nənəmin qəbri üstündə yalvardım ki, atamı aparma" - Məmmədbağır Bağırzadənin oğlu - VİDEO
Pensiyalar bu tarixdə ödəniləcək

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı