Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91120
az

Qadın vücüdunun  hansı hissəsi tez qocalır?

20:2019 İyun, 2023
271
CƏMİYYƏT
  • A

Kaliforniya Universitetinin alimləri bildiriblər ki, qadın orqanizmində qocalma prosesi heterojendir: onun bəzi hissələri uzun müddət cavan qala bilir, bəziləri isə tez və aşkar qocalır.

OXU24.COM xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaşa bağlı dəyişikliklərin ilk hədəfi, çoxlarının bildiyi kimi, boyun deyil, sinə və süd vəziləridir.

Tədqiqat zamanı tarama texnikası qadın orqanizminin bütün toxuma və orqanlarının dəqiq bioloji yaşını ölçüb. Bu sorğuda ümumilikdə 1000 qadın iştirak edib.

Alimlər əldə etdikləri məlumatları həm sağlam, həm də xərçəng xəstəliyindən əziyyət çəkən insanların genetik analizinin nəticələri ilə müqayisə ediblər.

Beləliklə, mütəxəssislər qadın döşünün genetik olaraq sürətli qocalmağa meylli olduğunu və çox güman ki, ilk növbədə qadın orqanizmində döşlərin qocaldığını müəyyən edə bildilər.

Qadınlarda döşlər yaşa bağlı dəyişikliklərə ən həssasdır, süd vəzilərinin toxumaları bədənlərinin digər hissələrinə nisbətən dəfələrlə daha sürətli qocalır. Ciddi xəstəliklər olarsa, qocalma prosesi daha sürətli olur.

Qadında döş xərçəngi varsa, şiş zonasında hüceyrə qocalması prosesi demək olar ki, 10 il daha sürətli olur.

Bundan əlavə, qadın orqanizminin qocalması siqaret, alkoqol, artıq çəki və təkrar hamiləlik kimi faktorlarla sürətlənir.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?
Xəzərdə suyun səviyyəsi rekord həddə azalıb - fəsadları nə olacaq? - VİDEO
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı