"Azərbaycan Ordusu ermənilərin Zod və Arazdəyən istiqamətlərindəki mövqelərini atəşə tutmayıb".
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən bildirilib.
"İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR