Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9111
az

Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı

20:4120 Yanvar, 2019
634
KRİMİNAL
  • A
Şirvan şəhərində yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.

“Oxu24.com”un məlumatına görə, 1938-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Nazim Abdulla oğluna məxsus meyit mərhumun yaşadığı Mehmandarov küçəsi, 34 ünvanında tapılıb.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Qonşuların bildirdiyinə görə, kimsəsiz və tək yaşayan 80 yaşlı kişi öz əcəli ilə ölüb.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu