Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91096
az

Türkiyədə zəlzələ oldu

09:1719 İyun, 2023
242
SON DƏQİQƏ
  • A
Türkiyədə Rixter cədvəli üzrə 4 maqnitudada iki zəlzələ baş verib. Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. İlk yeraltı təkanlar iyunun 18-də saat 18:36-da ölkənin şərqində, Malatya vilayətində 4,6 maqnitudada, 7,06 km dərinlikdə qeydə alınıb. Həmçinin, saat 23:59-da Adana vilayəti, Saimbəyli rayonu ərazisində 4 maqnitudada zəlzələ olub. Hələlik dağıntılar və tələfatlar barədə məlumat yoxdur. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək