Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91047
az

Qulaqdan çirk nə zaman gəlir?

20:4817 İyun, 2023
140
CƏMİYYƏT
  • A


Qulaqdan irinli axıntı xarici qulaq keçəcəyi, orta qulaq xəstəlikləri zamanı müşahidə olunan əlamətlərdəndir.

Bunu qulaq, burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərov açıqlayıb. Onun sözlərinə görə, iki fərqli anatomik nahiyənin xəstəliyinə otit adlanır. Əgər prosesə görə xarici qulaq keçəcəyi tutulubsa, bu, xarici otitdir. Əgər proses orta qulaqdadırsa, bu orta otitdir. Xarici qulaq keçəcəyinin bakterial və göbələk zədələnməsi zamanı xarici otit inkişaf edir ki, bu patalogiyalar irinli axıntı ilə müşahidə olunur.

Bu zaman qulaq pərdəsi tam qalır, yəni tamlığı pozulmur və axıntı xarici qulaq keçəcəyinin dərisindən qaynaqlanır. Əgər proses orta qulaqdadırsa, orta otitdirsə, qulaq pərdəsində dəlik müşahidə olunur və irinli axıntı orta qulaqdan gəlir. Orta otit xroniki və kəskin şəkildə seyr edilə bilər. İrin axandan sonra təbil pərdəsi bağlana bilər, əgər bağlanmazsa, gələcəkdə təkrarlanan orta otit xroniki orta otitə səbəb ola bilər. Xroniki irinli orta otit qulaqdan olan periadik irinaxmalarla müşahidə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı