Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91042
az

Dövlət SƏNƏDSİZ obyektlərin sənədləşəcəyini ELAN ETDİ... - VİDEO

18:5017 İyun, 2023
204
CƏMİYYƏT
  • A

İndiyə qədər bu və ya digər səbəblərdən icazə alınmadan tikilən obyektlərin istismarına icazə verilməsi proseduru sadələşdirilir.

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi hallar istisna olmaqla, artıq həmin obyektləri sənədləşdirmək mümkün olacaq və mülkün üzərində sahiblərinin hüquqları tam tanınacaq.

Bu məsələ ölkə başçısı tərəfindən iyunun 14-də qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanla həlini tapacaq.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyir ki, bu fərman qanunsuz tikilən, icazəsiz istismarda olan qeyri-yaşayış obyektlərinin  əfvi kimi başa düşülməlidir. Bu islahat paketi indiyə qədər tikilən və sənədləşdirilə bilməyən bütün qeyri-yaşayış əmlaklarının sənədləşdirilməsi üçün ciddi imkanlar yaradır

2023-cü il iyunun 1-dək tikilən əmlakların sahibləri onları sənədləşdirmək üçün sənədləri ilə birlikdə 2025-ci il yanvarın 1-dən gec olmayaraq Nazirliyə müraciət etməlidirlər.

Regionlarda olanlar isə Fhn-in Gəncə, Lənkaran, Qəbələ, Yevlax və Salyan rayonlarında yerləşən regional mərkəzləirnə müraciət edə bilərlər.

Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi idarə heyyətinin sədrinin müavini Elşad Məmmədov bildirdi ki, fərman minlərlə qeyri-yaşayış obyektinin sənədləşməsinə səbəb olacaq.

Bələdiyyə, dövlət mülkiyyətində olan torpaqların sənədləşdirilməsi aparılacaq. Obyekt sahibləri bu torpaqları ya icarəyə götürəcək və ya birdəfəlik alacaqlar. Daşınmaz əmlakın qeydiyyatı torpağın ayrılması, tikintiyə icazənin alınması, tikintinin başa çatdırılması və istismara verilməsindən sonra başlayır. Bu prosedurlardan sonra daşınmaz əmlakın dövlət reysterində qeydiyyat üçün müraciət olunmalıdır

Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Rəşad İsmayılov bildirib ki, bu fərman şəhərsalma ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq qanunsuz tikiliən obyektlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməyəcək. Qanunsuz tikintilərə kommunikasiya xətlərinin çəkilməsi və qoşulmalar 1 iyuldan qadağan ediləcək.

Həmçinin şəhərsalma sahəsində sərtləşdirilmə tədbirləri də gücləndirilir. İcazəsiz və məlumat vermədən tikinti aparanlarla bağlı sanksiyalar nəzərdə tutulub

O da bildirildi ki, 2024-cü ilin yanvar ayının 1-dən etibarən tikintiyə icazə prosedurları tam elektronlaşdırılacaq.

Qeyd edək ki, ekspertizası tələb olunmayan obyektlərə tikilməsinə icazə 15 günə, ekspertiza tələb olunan obyektlərə isə 30 gün ərzində verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat