Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91040
az

"Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir?"

18:1617 İyun, 2023
189
ŞOU-BİZNES
  • A

"Dünyanı gəzmişəm, gənclik illərindən pul da qazanmışam. Heç kimin nəyindəsə gözüm olmayıb. Mənim heç kimlə qalmaqalım, işim olmayıb. Elə bilmişəm ki, onların da mənimlə işləri yoxdur. İllərdir belə düşünürdüm, amma yanılmışam. Son illər paxıllığı daha çox hiss edirəm. Sara Qədimova, Şövkət Ələkbərova, Flora Kərimova ilə qastrollara getmişəm, Zeynəb xanımla bir neçə konsertdə olmuşam. O sənətkarlardan ancaq xoş sözlər, xoş münasibət görmüşəm. Amma illərdir tanıdığım elə insan olub ki, mməni arxadan vurmaq istəyib. Bu sənət aləmində dostluq azdır, ancaq paxıllıqdır"

OXU24.COM  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. Müğənni Zeynəb Xanlarovanın ona olan sevgisindən də söz açıb.

"Rəhmətlik Eyvaz Həsənovla birlikdə Əlibayramlıda konsertdə idik.  Konsertdən öncə gördüm ki, Zeynəb xanım onun üçün ayrılmış otaqda əyləşib. Qapısından keçəndə Zeynəb xanım məni çağırdı ki, "gəl bura". O vaxt da filmə yeni çəkilmişdim. Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir? Ayradrom papaq qoyan oğlan varee, o filmdə çəkilən qızdır". Harada görürlərsə məni xoş qarşılayırlar. Hətta gözümə eynək taxsam belə tanıyırlar. Bu dəqiqə axı insanlar bir-birinə bənzəyir. Bəzən də olub ki, hansısa butikə getmişəm, eşidirəm ki, bir-birlərinə deyirlər ki, "yox odur", o biri də deyir ki, "yox oxşayır". Gəlib, yaxınlaşıblar ki, görsünlər həqiqətən özüməm yoxsa yox? Bəylər yaxınlaşıb, təzim edirlər, xoş sözlər deyirlər" deyə müğənni bildirib.

" "Baladadaşın ilk məhəbbəti" filmi yenidən çəkilsə, istərdinizmi rol alasınız?" sualına müğənni belə cavab verib.

"Niyə istəmərəm ki? İllər sonra maraqlı olar. Əlbəttə ki, çəkilsə belə o film başqadır. Yadımdadır, bu filmə çox xanımları dəvət etmişdilər, amma rejissor bəyənməmişdi. Kinoprobada Telman Adıgözəlovla mən çəkildim. Şamil isə bir başqa qızla çəkilmişdi. Operatordan xahiş etdim ki, öz çəkildiyimə baxım. O da etiraz etmədi. Baxan kimi özümdən biixtiyar dedim ki, "kaş mən çəkilərdim" (gülür). Özüm-özümə sanki vuruldum. Sonra elə oldu ki, xanımlardan mən, bəylərdən isə Şamil Süleymanlı çəkildi. İndiki filmlərə çəkilməyə həvəsim yoxdur. O vaxt çəkildiyimiz filmlər, 100 indiki filmlərə dəyər. Bunu tək mən demirəm, elə sənətkarlar da deyir. O filmlər tarixdə qalıb" deyə sənətkar bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
Şərabın elə bir faydası üzə çıxıdı ki...
Efirdə GƏRGİNLİK:

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi