Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9104
az

Qayıqdan azərbaycanlı kapitanın meyiti tapıldı - ŞƏXSİYYƏTİ DƏQİQLƏŞDİ

13:1520 Yanvar, 2019
747
KRİMİNAL
  • A
Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində xilasedici qayıq aşkar edilən cəsədin şəxsiyyəti müəyyən olunub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəsəd Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsusdur

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata, daxil olan məlumatda bildirilir ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olmaqla xilasedici qayıq aşkar edib.

Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. Qayığı “NURS” quru yük gəmisi yedəyə götürərək Rusiyanın Novorosiysk limanına istiqamət alıb. Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilir.

Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsus olduğu ehtimal edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü