Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91031
az

Psixatriya xəstəxanasına salınmışdı, 6 il sonra həbsə göndərildi

13:5417 İyun, 2023
198
  • A

Altı il əvvəl 1 milyonluq dələduzluqda təqsirli bilinərək məhkəmə hökmü ilə psixiatriya xəstəxanasına yerləşdirilən H.Allahverdiyevanın işi yenidən araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə H. Allahverdiyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə deyilir ki, ittiham olunan şəxs artıq psixoloji xəstəlikdən əziyyət çəkmir, buna görə də cəzaçəkmə müəssisəsinə göndərilməlidir.

Qeyd edək ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində H. Allahverdiyevaya hökm oxunub.

Məhkəmə H. Abdullayevanın cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Zərərçəkmiş şəxslər hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi yenidən psixi ekspertiza keçirib. Ekspert H. Allahverdiyevanın sağalması barədə rəy verib.

Bundan sonra birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev     Qanun   imzaladı
Bu dəmir pul sərvət dəyərindədir
Fidan: "Cənubi Qafqazda sülhün təmin edilməsinin son mərhələsindəyik"

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb