Rusiyada Mi-8 helikopteri Yakutskdan 90 kilometr aralıda məcburi eniş edib.
Oxu24.com xəbər verir ki,bu barədə şənbə günü, iyunun 17-də Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən məlumat verilib.
Təyyarənin göyərtəsində 21 sərnişin və 4 ekipaj üzvü olub.
İlkin məlumata görə, itki yoxdur. Hadisə yerinə xilasedicilər göndərilib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin 10 xilasedicisi olan Mi-8 təyyarəsi cavab verməyə hazırdır", - nazirliyin Telegram kanalında yazıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR