Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama verib.
Oxu24.com xəbər verir ki,Ağrı dağının Ermənistan dövlət gerbinə daxil edilməsini tənqid edən Paşinyan “Bunun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur” deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifətçi deputatla dialoqunda dövlət rəmzlərini tənqid edib.
Paşinyan deyib: "Bizim gerbimizdə nə təsvir olunub? Üzərində Ermənistanın dörd sülaləsinin gerbi var, Ağrı dağında Nuhun gəmisi. Gerbə baxanda ağlıma bir sual gəlir ki, bunun bizimlə əlaqəsi var?" ifadəsini işlədib.
Paşinyan bildirib ki, gerb Ermənistanın qarantıdır.
Ağrı dağının Armadaya daxil edilməsinin “öz torpağımız” anlayışını yaradacağını deyən Paşinyan “Bu, bizi məhv etmək deməkdir” deyib.
1991-ci ildə yeni dövlətin təməli qoyulanda bunun nəyə lazım olduğunu anlamadığını qeyd edən Paşinyan ölkəsini və dövlətini ən çox sevənin özü olduğunu vurğulayaraq, bu cür praktikaların insanların psixologiyasına heç bir töhfə vermədiyini bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR