Uqandanın qərbində Demokratik Alyans Qüvvələrinin (ADF) məktəbə təşkil etdiyi hücumda 25 nəfər ölüb, 8 nəfər yaralanıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,terror təşkilatı İŞİD ilə əlaqəsi olan Uqanda separatçı Demokratik Alyans Qüvvələri (ADF) Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Mpondve qəsəbəsindəki Lhubirira orta məktəbinə hücum edib.
Polis sözçüsü Fred Enanqa açıqlamasında deyib: “ADF üsyançıları tərəfindən Lhubirira orta məktəbində terror aktı həyata keçirilib. Yataqxana yandırılıb, ərzaqlar talan edilib. 25 cəsəd məktəbdən çıxarılaraq Bwera Xəstəxanasına aparılıb. Bundan başqa, onun xəstəxanasında ağır vəziyyətdə olan 8 nəfər var”, - deyə o bildirib.
Polis Enanqa əsgərlərin Konqo Demokratik Respublikasındakı Virunqa Milli Parkına doğru qaçan hücumçuları təqib etdiyini bildirib.
Bu arada, ADF qüvvələri aprel ayında Konqo Demokratik Respublikasının şərqindəki bir kəndə hücum edərək, azı 20 nəfəri öldürmüşdü.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR