ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya daxil olması prosesini sadələşdirməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.
CNN mənbələrinin məlumatına görə, Bayden Kiyevə alyansa qoşulmaq üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edən NATO Üzvlük Fəaliyyət Planından imtina etmək imkanı verə bilər.
Telekanal qeyd edir ki, NATO-nun baş katibi Yens Stoltenberq də keçən həftə Vaşinqtonda Baydenlə görüşündə bu təklifi dəstəkləyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR