Belçika Amerikanın M-113 zirehli transportyorlarını Ukraynaya göndərəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Belçikanın Belqa agentliyi ölkənin müdafiə naziri Ludivine Dedonderə istinadən məlumat yayıb.
Zirehli transportyorların yalnız təmirdən sonra Kiyev rejiminə təhvil veriləcəyi dəqiqləşdirilir.
Avtomobillərin sayı və onların təhvil verilmə tarixi deyilmir, lakin avadanlıq 11 milyon avro dəyərində qiymətləndirilirdi.
Həmçinin bildirilir ki, Belçika üçüncü ölkənin ərazisində ukraynalı sürücülərin bir partiyasını hazırlayacaq. Onların “təlim” kimi qədim zirehli transportyorları təkbaşına təmir etməyə məcbur olub-olmayacağı göstərilmir.
Xatırladaq ki, ukraynalı yaraqlılar daha əvvəl Belqorod vilayətinə hücum etmək üçün Belçikanın hədiyyə etdiyi silahlardan istifadə etmişdilər. Belçikalıların özləri buna qəzəbləndilər və silahlarının yalnız müdafiə üçün istifadə oluna biləcəyini bildirdilər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR