Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90998
az

BMT: Sudanda münaqişə nəticəsində 1 milyondan çox uşaq didərgin düşüb

22:3316 İyun, 2023
79
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Sudanda münaqişə başlayandan bəri 1 milyondan çox uşağın qaçqın düşdüyünü bildirib.

Oxu24.com xəbər  verir  ki,Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Sudan nümayəndəsi Mandeep O'Brien verdiyi yazılı açıqlamada, 6 iyun tarixinə Sudanda 330 uşağın həyatını itirdiyi, 1900 uşağın yaralandığı barədə etibarlı məlumatların olduğunu bildirib.

 

Giriş maneələri səbəbindən 13 milyon uşağın ciddi humanitar yardıma ehtiyacı olduğunu vurğulayan O'Brien, "Sudanda iki aydır davam edən qarşıdurma səbəbiylə 1 milyondan çox uşaq evlərini tərk edib" deyə bildirib.

 

Açıqlamada Darfurdakı vəziyyətin xüsusilə narahat olduğu, bölgədən təsdiqlənmiş məlumatların əldə edilməsinin çətin olduğu bildirilib.

 

Darfurda təxminən 5,6 milyon uşağın olduğu ifadə edilən açıqlamada, onlardan təxminən 270 mini evindən didərgin düşüb.

 

"Sudanın gələcəyi təhlükə altındadır və biz uşaqların ölümünü və əzabını qəbul edə bilmərik" dedi O'Brien. O, açıqlamalarından istifadə edərək qeyd edib ki, Sudanda uşaqlar dəhşətli kabuslar yaşayır və ən ağır yükə məruz qalırlar.

 

Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə olaraq gördüyü Çevik Dəstək Qüvvələrinin (HDK) 2 il ərzində orduya tam inteqrasiyasını istəyirdi.

 

HDK-nın mülki hökumətdən sonra təxminən 10 il davam edən bir müddətdə bunu qəbul edə biləcəyini bəyan etməsindən sonra bu ilin əvvəlində başlayan söz savaşı və gərginlik paytaxt Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrildi. 

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Medvedev Böyük Britaniyanın xarici işlər nazirinin Putini hədələməsinə cavab verib
Lukaşenko onu vəzifədən azad edib
Ukrayna yayda ilk F-16-ları alacaq

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO