İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Alamolhoda əri ilə birlikdə qonaq olduğu Venesuela telekanallarından birinə müsahibəsində türkləri “İranın düşməni” adlandırıb.
Oxu24.com xəbər verir ki, “Türklər və Moğollar İranın əbədi düşmənləridir. Tarix boyu bu dövlətlər İrana hücum edib”, - Alamolhoda bildirib.
İran prezidentinin xanımının sözləri dərhal sosial şəbəkələrdə geniş rezonans doğurub.
Qeyd edək ki, İbrahim Rəisi Latın Amerikasında səfərdədir.
O, ABŞ sanksiyalarının təsirini azaltmaq üçün danışıqlar aparır və İran İslam Respublikası üçün yeni müttəfiqlər axtarır.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR