Qoç - cəsarətli planlarınızı bu gün reallaşdırmaq asan deyil. Şərtlər əlverişli deyil. Dürüst hesab etdiyiniz tərzdə addımlar atmaq və qərarlar qəbul etməyinizə maneələr yaradan məqamlar var. Xərcləri azaldın. Bir qədər sonra sizə pul lazım olacaq. Nüfuzlu şəxs və ya xoş təsir bağışlamaq istədiyiniz insanla görüşmək üçün əlverişli zaman deyil. Diqqət mərkəzində olmayın, kuluar fəaliyyətə üstünlük verin.
Buğa - günün ilk yarısından maksimal dərəcədə effektiv yararlanın. Başladığınız istənilən iş üçün əlverişli zamandır. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Çətinliklərlə qarşılaşa bilərsiniz. Gərginlik artır. Nikbin olun, passivləşməyin. Səfərdə və ya səyahətdə çətinliklər, ləngimə və təxirəsalmalar istisna deyil. Təxribatlara uymayın. Etibar etdiyiniz və inandığınız insanlarla çalışmağa can atın.
Əkizlər - qeyri-adi, maraqlı tapşırıqların həlli üçün yaxşı gündür. Problemlər az olmayacaq. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Peşəkar fəaliyyət müstəvisində yeni uğurlar əldə etməyə imkan verən ideyalar formalaşa bilər. Emosional fon əlverişlidir. Hansısa iş alınmasa, ruhdan düşməyin. Nikbin olun, irəliyə doğru qətiyyətlə gedin. Təhsil, biliklərin artırılması, araşdırmalar üçün əlverişli zamandır. Heç nəyi unutmamağa çalışın. Yeni tanışılıqlar istisna deyil. Tanış olduğunuz insanlarda özünüzə rəğbət oyatmağa çalışın.
Xərçəng - işgüzar münasibətlər üçün əlverişli gündür. Dəvət aldığınız tədbirə qatılın. Fikri sizin üçün mühüm olan insanın dediklərini diqqətlə dinləyin. Qəfil vizitlər istsina deyil. İşdə həmkarlar və rəhbərliklə mübahisə etməyin. Maliyyə fonu əlverişlidir. Yaxşı gəlir, qiymətli hədiyyə ola bilər. Sövdələşmə və ya anlaşma gəlir vəd edir. Alış-verişə çıxa bilərsiniz.
Şir - sakit və rahat gündür. İşgüzar görüşlər, şəxsi münasibətlər üçün əlıverişli zamandır. Diqqət mərkəzində olacaqsınız və bu sizin üçün xoşdur. Maraqlı tanışlıqlar istisna deyil. Romantik münasibətlər başlana bilər. Sayıq və diqqətli olun, sərvaxt davranın. Baş verənlər sizi emosional reaksiyalara vadar etməsin. Hadisələrə adekvat yanaşma nümayiş etdirin. Qeyri-adi qərar və hətta ekstravaqant addım da ola bilər. Çoxdankı arzunuzu reallaşdırmaq imkanı yaranır.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Başladığınız işləri sonuclayın, yarımçıqlığa yol verməyin. Aktiv olun. Gün sizdən fəal səylər tələb edir. Yeni ideyalarınızı dəstəkləyəcəklər. Nüfuzlu şəxs sizinlə görüşmək istəyə bilər. Səfər və ya səyahət üçün münasib zamandır. Rəğbət bəslədiyiniz insanla təmaslarda gərginlik yaratmayın. Günün ikinci yarısında maraqlı təklif alacaqsınız. Cavab verməyə tələsməyin.
Tərəzi - nöqsanlarınız və zəiflikləriniz qarşısında geri çəkilməyin. Bu gün uğur qazanmaq üçün inadkar və qətiyyətli olmalısınız. Süst və tənbəl davranmayın. Aktiv olsanız, sərf etdiyiniz səylərə görə təəssüflənməyəcəksiniz. Gərəkli informasiyanın əldə edilməsi ilə bağlı problemlər yarana bilər. Məqsədə çatmaq üçün bir qədər fəndgir tərpənin. Sövdələşmə və anlaşmalar üçün əlverişli gün deyil. Hesablarda səhvə yol verə bilərsiniz. Önəmli sənədlərlə işləməyin. Şəxsi münasibətlər baxımından əlverişli zamandır.
Əqrəb - mövqelərinizdən geri çəkilməyin. Çoxdankı opponentlərinizi belə, fikirlərindən döndərə bilərsiniz. Məhsuldar əməkdaşlıq başlaya bilər. Karyera müstəvisində irəliləmək imkanları var. Ünsiyyətdə səmimi və həssas olun. Tərəfdaşla müzakirələrdə diqqətli davranın. Şəxsi münasibətlərlə bahəm, peşə fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul etmək olar. Yalan və fırıldaq qurbanı olmayın. İstəmədiyiniz işi görməyin. İmiclə eksperimentlər uğurludur.
Oxatan - uzun müddətdən bəri yolunuzu kəsən sədləri dəf etmək imkanları var. İrəliləyişinizi çətinləşdirən problemi qısa zaman ərzində çözməyə can atın. Qəfil, amma çox sərfəli işgüzar təklif ala bilərsiniz. İntellektual fəaliyyət sahəsində nailiyyətlər olacaq. Ən çətin problemin həllini tapa bilərsiniz. Qısa səfər yaxşı alınacaq. Böyük, genişmiqyaslı işə hazırlaşmağa başlamaq olar. Yeni tanışlıqlar işgüzar əlaqələr və perspektivlər baxımından sərfəlidir.
Oğlaq - aktiv və enerjili çalışın. Yarımçıq işləri başa vurun. Ətalətli olmasanız, önəmli uğurlar əldə edəcəksiniz. İşgüzar danışıqlar yaxşı keçəcək. Yeni münasibətlərin təməli qoyula bilər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Qarşınıza qoyduğunuz məqsədə doğru fəal irəliləyin. Sərfəli anlaşmalar ola bilər. Ənənəvi vərdişlərinizdə, davranışınızda nəyisə dəyişmək zamanıdır. Pis vərdişi unudun. Düşündüklərinizi yaxınlarınıza aşkar, açıq deyə bilərsiniz. Sizi anlayacaqlar.
Dolça - yetərincə çətin, mürəkkəb gündür. Ehtiyatlı olun. İntriqa qurbanı olmayın. Diqqətsizlik, yaxşı bələd olmadığınız insana həddən ziyadə güvənmək yolverilməzdir. Diqqətinizə layiq olmayan insanlara bağlanmayın. İntriqaları, bədxahlarınızın məkrli planlarını faş edin. Bu gün səhv etsəniz, yanlışlığınız diqqəti cəlb edəcək. Əvvəllər sizi bütün işlərdə dəstəkləyən insanlar bu gün sizi konstruktiv olmayan tənqidə tuş edə bilərlər.
Balıqlar - asan və rahat gün deyil. Emosiyalarınızın əsiri olmayıb yaxın ətrafınızdakı insanların vədlərinə uymasanız, işləriniz uğurlu olacaq. Yaxınlarınız məqsədlərinizi tam anlamasalar da, sizə yardım etmək istəyirlər. İşdə mübahisə və ya ixtilaf yaranarsa, mövqelərinizdən geri çəkilməyin. Haqlı olduğunuzu az sonra hətta opponentləriniz də etiraf edəcəklər. Başqalarından çox şey tələb etməyin. Bəli, onlar ideal deyil və bununla barışın. Sövdələşmələr, anlaşmalar, müqavilələr üçün əlverişli gün deyil. Daşınmaz əmlakla bağlı məsələlərdə ehtiyatlı olun. Oxu24.com
ŞƏRHLƏR