Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90967
az

Netanyahu Türkiyəyə gedir

14:1016 İyun, 2023
105
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisləri İsrail baş nazirinin Türkiyəyə rəsmi səfərinin təşkili ilə bağlı danışıqlar aparır.

 

Oxu24.com xəbər  verir   ki,   səfərin  yaxın həftələrdə baş tutacağı gözlənilir.

 

Bu barədə İsrailin “Detalları” saytı   yüksək rütbəli İsrail rəsmisinə istinadən yazır.

 

Məlumata görə, əgər bu baş verərsə, bu, Türkiyənin İsrail və Suriya arasında vasitəçiliyi çərçivəsində baş nazir Ehud Olmertin 2008-ci ildə Ankaraya səfərindən sonra son 15 ildə İsrail baş nazirinin Türkiyəyə ilk səfəri olacaq.

 

Nəşr qeyd edir ki, son bir ildə iki ölkə arasında münasibətlərdə uzun müddət davam edən soyuqlaşmadan sonra nəzərəçarpacaq istiləşmə müşahidə olunur.

Son bir ildə İsrail prezidenti Yitzhak Hersoq Türkiyəyə səfər də daxil olmaqla, Ərdoğanla dəfələrlə görüşüb danışıb.

Ərdoğan prezident seçkilərində qələbə qazandıqdan sonra Netanyahu ona zəng edərək təbrik edib.

Baş nazirlikdən verilən açıqlamaya görə, iki lider iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəliblər.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstan AZAL-ın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı
Çindəki zəlzələdə ölənlərin sayı    100-ə    çatır
Daha bir ölkədə güclü    zəlzələ     oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Prokuror Afiəddin Məmmədova    cəza    istədi