Ukrayna futbolunun rəhbəri Andrey Pavelko 60 sutka həbs edilib.
Oxu24.com xəbər verir ki, müvafiq qərarı Lvovun Şevçenko rayon məhkəməsi çıxarıb.
Ukrayna Futbol Assosiasiyasının (UAF) rəhbəri maliyyə fırıldaqlarında və süni ot zavodunun tikintisi zamanı UEFA-nın vəsaitlərini mənimsəməkdə, habelə Ukraynanın o vaxtkı Futbol Federasiyası üçün məhsul almaqda şübhəli bilinir.
Əvvəllər Pavelko maliyyə fırıldaqlarında şübhəli bilinirdi, keçən il o, nəzarətə götürüldü, lakin zaminə buraxıldı.
“Strana” mənbələri bildiriblər ki, Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisi Pavelkonu Andrey Şevçenko ilə əvəzləmək üçün UAF prezidenti vəzifəsindən azad etmək üçün fəal səylər göstərir.
Tərcümə: Nihat Azəri
Oxu24.com
ŞƏRHLƏR