Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90960
az

Kiyev vurulur: Cənubi Afrika prezidenti oradadır

13:2716 İyun, 2023
72
  • A

Ukrayna yenidən raket hücumuna məruz qalıb.

 

Oxu24.com xəbər verir  ki,Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Kiyev növbəti dəfə Rusiyanın kütləvi raket hücumunun hədəfinə çevrilib.

 

Ruslar əvvəlcə "Kalibr" qanadlı raketlərindən atəş açıb, daha sonra Ukraynanın şərq və qərbində mərkəzə ballistik silah təhlükəsi xəbərdarlığı edilib.

 

Kiyevin meri Vitali Kliçko paytaxtın Podolski rayonunda baş verən partlayışı təsdiqləyib.

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Kiyevə gəlib, o, ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək və Rusiya ilə münaqişəyə son qoymaq üçün öz “sülh planı”nı təklif edəcək.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə naziri onu yüksək vəzifəyə təyin etdi
Finlandiya Aİ-ni Rusiya ilə sərhəddəki miqrantlarla bağlı ümumavropa həllinə çağırıb
İrana görə matəm elan edən ölkələr - SİYAHI