Ukrayna yenidən raket hücumuna məruz qalıb.
Oxu24.com xəbər verir ki,Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Kiyev növbəti dəfə Rusiyanın kütləvi raket hücumunun hədəfinə çevrilib.
Ruslar əvvəlcə "Kalibr" qanadlı raketlərindən atəş açıb, daha sonra Ukraynanın şərq və qərbində mərkəzə ballistik silah təhlükəsi xəbərdarlığı edilib.
Kiyevin meri Vitali Kliçko paytaxtın Podolski rayonunda baş verən partlayışı təsdiqləyib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Kiyevə gəlib, o, ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək və Rusiya ilə münaqişəyə son qoymaq üçün öz “sülh planı”nı təklif edəcək.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR