Tanınmış bəstəkar Xanım İsmayılqızı Əməkdar artist Dilarə Əliyevanın "Söhbət var" verilişində qonaq olub.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, aktrisa bəstəkara "Şeirlərin birində deyirsiniz ki, bir küçə, ölüm və adamsızlıq... Burada nə demək istədiniz" sualını ünvanlayıb.
Kövrələn X.İsmayılqızı "Kövrəlmək istəmirəm, qısa şeirdir. Demək istəmirəm... (kövrəlir). Yazıb yaşadığım şeirlərimdəndir. Onu yazandan sonra həmin hadisə başıma gəlib. Adamsızlığı, həmin itkini yaşadım. Onu demək istədim ki: küçə, ölüm və adamsızlıq. Yəqin ki, gedənlər belə gedir" cavabını verib.
"Həyat bizi sınayır. Vacib olan bu sınaqdan üzü və alnıaçıq çıxmağımızdır. Hər şeyə rəğmən (kövrəlir). Biz güclü olmaq, yarım qalan işləri tamamlamaqla, ruhları şad, qalanların gününü xoş etməklə alnıaçıq çıxmalıyıq" deyə, Dilarə bildirib.
Qeyd edək ki, X.İsmayılqızı bir neçə il əvvəl oğlu Fəridi itirib. D.Əliyevanın isə bu ilin martında həyat yoldaşı Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.
ŞƏRHLƏR