Təhlükəsizlik qüvvələri daxildə və xaricdə terrorla mübarizəni qətiyyətlə davam etdirir.
İraqın şimalındakı Hakurk və Metina bölgələrində aşkarlanan 6 PKK terrorçusu zərərsizləşdirilib.
Oxu24.com xəbər verir ki,Milli Müdafiə Nazirliyi İraqın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Yazılı bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib:
"Terrorçu haradadırsa, hədəfimiz də orasıdır. İraqın şimalındakı Hakurk və Metina bölgələrində aşkarlanan 6 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Terrorun kökünü kökündə yox etməkdə qərarlı və qərarlıyıq".
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR