Filippində Mayon vulkanının püskürməsi nəticəsində başlayan vulkan axınının aylarla davam edə biləcəyi xəbərdarlığı edilib.
Oxu24.com xəbər verir ki,Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Teresito Bakolkol, Filippinin paytaxtı Manilanın 330 kilometr cənub-şərqində yerləşən Mayon vulkanından gələn vulkan axınının günəş işığı altında görünməsə də davam etdiyini bildirib.
Mövcud axının insan həyatını təhlükəyə atmayacaq səviyyədə olduğunu qeyd edən Bacolcol, sözügedən vulkanik hadisənin 3 ay və ya daha çox davam edə biləcəyi xəbərdarlığını edib.
Bakolkol bildirib ki, cərəyanlar yavaş hərəkət etsə də, insanlar diqqətli olmalıdırlar.
Mayon vulkanı 11 iyunda lava püskürməyə başlayıb və 18 min insan bölgədən təxliyə edilib.
Tərcümə: Nuranə Adil
Oxu24.com
ŞƏRHLƏR