Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır, lakin konkret tarixlər hələ müzakirə edilməyib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “İnterfaks”a bildirib.
“Türkiyə Prezidenti dövlətimizin başçısını Türkiyəyə səfərə dəvət etdiyini təsdiqlədi. Planlar var, lakin konkret tarixlər hələ müzakirə edilməyib”, - deyə Uşakov Rusiya prezidentinin Türkiyəyə səfəri planlaşdırıb- planlaşdırmadığı sualına cavab verib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR