Ukraynaya yeni yardımlar edilib.
Oxu24.com “European Pravda” -ya istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib ki, Kanada və İtaliya da daxil olmaqla, bir neçə dövlət Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun cümə axşamı keçirilən iclasında yeni hərbi yardım paketlərini elan edib.
Pentaqon rəhbəri həmçinin Böyük Britaniya, ABŞ, Hollandiya və Danimarkanın hava hücumundan müdafiə sistemləri üçün yüzlərlə raketlə təmin edilməsi üçün artıq elan edilmiş birgə yardımı qeyd edib.
“Kanada Ukraynaya dəstək üçün daha 500 milyon dollar göndərməyi öhdəsinə götürüb, xüsusilə də Ukrayna səmasını qorumaq üçün 200 kritik hava hücumundan müdafiə raketi təqdim etməyi öhdəsinə götürüb”, - Ostin bildirib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR