İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla hərbi əməkdaşlığı artırdığı üçün Rusiya hökumətinə etiraz edib.
Oxu24.com xəbər verir ki,Netanyahu Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində qapalı dinləmələrdə deputatlara deyib: “İsrail Rusiya hökumətinə Ukraynadakı müharibə fonunda İranla hərbi əməkdaşlığın uzanmasına etiraz edib və Moskvanın Tehranı qabaqcıl silah sistemləri ilə təmin edəcəyindən narahatlığını bildirib. .
O qeyd edib ki, Rusiya hökuməti ilə "səssiz" dialoq var və bu dialoq zamanı iki ölkə vəziyyəti vicdanla və açıq şəkildə müzakirə edir. İsrailin baş naziri onu da əlavə edib ki, hər iki tərəfin bir-birinə iddiası var: ruslar İsrailin Ukraynaya yardımını artırmasından, İsrail isə Rusiya ilə İran arasında əməkdaşlığın genişlənməsindən narahat olduğunu bildirib.
"Rusiyanın iranlılardan aldığı hərbi yardıma görə onlara hansı valyutada pul ödədiyini bilmirik", - Netanyahu əlavə edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR