Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90940
az

NATO-da parçalanma: İspaniya veto qoyur

12:4915 İyun, 2023
85
DÜNYA
  • A

İspaniya hakimiyyəti yaxın aylarda silah sistemləri, sursat və müdafiə avadanlığının alınması üçün 1 milyard avroya qədər vəsaitin istifadəsini nəzərdə tutan NATO sənaye planının təsdiqinə veto qoymaqla hədələyib.


Oxu24.com xəbər  verir   ki, El Mundo qəzetinin yazdığına görə, Madridin narazılığı NATO müttəfiqləri ilə müdafiə sənayesi arasında keçirilən görüşdə ispan şirkətlərinin iştirak etməməsi ilə bağlıdır.

 

Bundan əvvəl Krallığın müdafiə naziri Marqarita Robles Brüsseldə NATO ölkələrinin şirkətlərinin nümayəndələrinin və departament rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə İspaniya şirkətlərinin təmsil olunan müəssisələrin siyahısına daxil edilməməsindən sonra iştirak etməmək qərarına gəlib.

 

Belə ki, NATO İspaniya hökumətinin narazılığını nəzərə almasa və krallıq şirkətlərinin bütün növbəti iclaslarda iştirakını təmin etmək üçün tədbirlər görməsə, Madrid alyansın sənaye planının təsdiqinə veto qoyacaq.

 

NATO çərçivəsində ilk belə tədbirdə alyansa üzv olan 18 ölkədən 25 müəssisə iştirak edir.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var