Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Varşavadan Kiyevə yola düşüb və orada sabah Ukrayna rəhbərliyi ilə sülh yolu ilə nizamlanma üzrə danışıqlar aparacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin administrasiyası məlumat yayıb.
Ramafosa səfəri ilə əlaqədar sabah, iyunun 16-da Kiyevin mərkəzi küçələri ilə gün ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Ukrayna polisindən məlumat verilib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR