NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə etdiyini və Ukraynaya hərbi dəstəyin davam etdirilməli olduğunu bildirib.
Bu haqda Baş katib Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında danışıb.
Bugünkü görüşdə Ukraynaya daha çox dəstək verilməsini müzakirə edəcəklərini bildirən Stoltenberq, uzun illəri əhatə edəcək bir fond yaratmaq, Sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR