Hindistanın Andhra-Pradeş ştatının sakini Çençu Reddi adi kəndlidir. Amma o, artıq ölkənin ən məşhur fermerlərindən birinə çevrilib.
Oxu24.com bildirir ki, 10 hektarlıq tarlasında kələm becərən 45 yaşlı kəndli pornoqrafik filmlərin ulduzu, aktrisa Sanni Leonedən vasitə kimi istifadə edib.
"Kələmlər kənd sakinlərinin və tarlanın yanından keçənlərin diqqətini cəlb edir. Buna görə də Sanninin fotosu olan plakatı tarlanın yanına qoydum. Üstəlik, plakata "Ey, ağlama və mənə paxıllıq etmə!" yazdım.
Bunu məhsula göz dəyməsin deyə, etdim. İndi Sanni bütün baxışları cəlb edir, kələm də yaxşı, gözdəymə, bədnəzər olmadan yetişir. "Erotik tarla" desələr də, vecimə deyil. Onun sinəsi kələmlərimi bəd nəzərdən qoruyur", - Çençu Reddi deyib.
Onun sözlərinə görə, əvvəllər tarlanı bədnəzərdən qorumaq üçün əcinnə başlı bostan müqəvvalarından istifadə edib: "Amma heç bir nəticə olmadı. Plakatın isə əla gücü var. Son illərdə ilk dəfədir ki, tarlamda bu qədər məhsul yetişir. Məmurların plakatı sökəcəklərinə də inanmıram. Axı məmurlar nə zaman dərd-sərimizi soruşublar ki, indi də gələlər?!" Oxu24.com
ŞƏRHLƏR