Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfər edib.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib
"2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən Şuşadayıq. Türk millətinin iki mümtaz dövləti olan Türkiyə ilə Azərbyacan arasındakı strateji əlaqələrin gələcəkdəki yol xəritəsini müəyyənləşdirmək məqsədilə təşkil etdiyimiz Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Əlaqələri: Gələcəyimizin Ortaq Yol Xəritəsi" adlı beynəlxalq konfransının xeyirli olmasını diləyirəm", - paylaşımda deyilir.
Oxu24.com
ŞƏRHLƏR