Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9091
az

Qadınlar ayağa qalxdılar - Deputatın zorladığı azərbaycanlı qız üçün

20:0219 Yanvar, 2019
1101
KRİMİNAL
  • A
İranda deputat Salman Xudadinin cinsi təcavüzünə məruz qalan güney azərbaycanlı qadın Zəhra Nəvidpurun müəmmalı ölümü ilə bağlı sosial şəbəkələrdə kampaniya başlayıb.

Oxu24.com xəbər verir ki, Güney Azərbaycandan olan qadınlar #MeToo (Mən də) haştağı ilə başlayan kampaniyaya qoşulublar.

Kampaniyanın iştirakçısı olan qadınlar xəstəxanalar, ictimai nəqliyyat və iş yerlərində cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər.

Paylaşımlar Azərbaycan dilində edilir.

Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpurun müəmmalı ölümündən sonra qadınların məruz qaldığı cinsi istismar və zorakılıq halları ilə bağlı məsələlər Güney Azərbaycanda gündəmə gəlib.

Zəhra bir neçə ay əvvəl İran parlamentinin deputatı Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

57 yaşlı Salman Xudadadi vaxtilə İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Xatırladaq ki, Məlikanın Təzəqala kənd sakini Zəhra Nəvidpurun cansız bədəni yanvarın 6-da anasının evində tapılıb. Onun qəsdən qətlə yetirildiyi iddia olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı