Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90906
az

Məcburi köçkünlərə verilən “çörək pulu” ləğv edilir? - AÇIQLAMA

11:0115 İyun, 2023
149
CƏMİYYƏT
  • A

Ötən gündən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ("çörək pulu") dayandırılacağı ilə bağlı məlumatlar paylaşılır. 

Məlumat hətta bir sıra yerli mətbuat orqanlarında da dərc edilib. İddialara görə, Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörək pulu" kəsiləcək. Daha dəqiq desək, söhbət dərzi, taksi və s. sahibkarlıq fəaliyyəti göstərən məcburi köçkünlərdən gedir.

Minlərlə məcburi köçkün vətəndaş bu məsələni müzakirə edib. "Çörək pulu" məhrum ediləcək məcburi köçkünlərin təxmini sayı 50 min nəfərdir. 

Sözügedən "çörək pulu"nun ləğv edilməsi məsələsi həqiqəti əks etdirirmi? Əgər belə bir qərar verilibsə, qərar nə vaxtdan qüvvəyə minir və necə tənzimlənəcək? 

 məsələyə aydınlıq gətirilməsi üçün mövzu ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.

Komitənin Mətbuat Xidməti Departamentindən cavab olaraq bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətidir, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir:

"Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır.

Qaydanın 2.13-ci bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir.

Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlir gətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir.

Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir.

Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar.

Onu da qeyd edək ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır.

Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı
Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO
Ən yüksək balı bu məktəbin məzunu topladı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO