Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90897
az

UNICEF: Köçkün uşaqların sayı 43,3 milyona çatır

14:3813 İyun, 2023
81
DÜNYA
  • A

UNICEF bütün dünyada köçkün uşaqlarla bağlı hesabat dərc edib.

 

 

Oxu24.com xəbər  verir   ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2022-ci ilin sonuna qədər köçkün uşaqların sayının 43,3 milyon nəfərə çatdığını bildirib.
 

“Köçkün uşaqların sayının artması bütün dünyada münaqişələr, böhranlar və iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərlə bağlıdır”, - deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

 

Hesabatda köçkün uşaqların əksəriyyətinin bütün uşaqlığını bu şəkildə keçirdiyinə diqqət çəkilərək, “Son 10 ildə məcburi köçkün olan uşaqların sayı iki dəfə artıb” ifadəsi işlədilib.

 

Hesabatda bildirilib ki, Ukrayna müharibəsi 2 milyon uşağı məcburi köçkün vəziyyətinə salıb, 1 milyon uşaq isə məcburi köçkün olub.

 

Hesabatda 43,3 milyon uşağın 60 faizinin qarşıdurma və zorakılıq nəticəsində evlərindən didərgin düşdüyü, sığınacaq istəyən uşaqların sayının isə 17,5 milyona çatdığı bildirilib.

 

Sudandakı qarşıdurmalar səbəbilə artıq 940 min uşağın evindən didərgin düşdüyü bildirilən hesabatda ekstremal hava hadisələrinin də milyonlarla uşağı evindən didərgin saldığı qeyd edilib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ koronavirusun necə yarandığını AÇIQLADI
Suriyanın Hələb şəhərində rabitə qismən kəsilib
Ankarada qırmızı bülletenlə axtarılan     türkmən   saxlanıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərinin telefonundakı videoları yaydı- Belə cəzalandırıldı