Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90892
az

İrandan gətirilən daha bir məhsul zay çıxdı

21:5314 İyun, 2023
164
DÜNYA
  • A

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Sodaz” Məhdud Məsuliyyətli Cəmiyyətinin İrandan ölkəmizə idxal etdiyi 1060 kiloqram ərik qurusu məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

AQTA-dan bildirilib ki, aparılan sınaq nəticəsinə əsasən, ərik qurusunda kükürd dioksidinin miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, aşkarlanan istehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Aşkarlanan ərik qurusunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildiriş də göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
Şatdaun olacaqsa... - Trampdan mühüm AÇIQLAMA
Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ