Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90890
az

Arvadını şöbədə güllələyən polislə bağlı son qərar verildi

21:2814 İyun, 2023
163
  • A

Polis şöbəsində arvadını güllələyən serjant İsmayıl Məmmədovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.

Hakim Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək, şikayəti rədd edib.

Qeyd edək ki, İsmayıl Məmmədov arvadı Xanım Məmmədovanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində qətlə yetirib. O, özü də həmin şöbənin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. İ.Məmmədov arvadını azyaşlı övladlarının gözü qarşısında xidməti silahla güllələyərək öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq artıq tavaya yapışmayacaq - illərdir gizlədilən sirr
Damarlardan xolesterini təmizləmək üçün- nə içmək lazımdır?
Bu yağlar ürək xəstəliyi və xərçəngə səbəb ola bilir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
İmişlidə qadının oğurlanması ilə bağlı əməliyyat- 3 nəfər saxlanıldı