Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90886
az

Azərbaycanlı güləşçi Avropa çempionu oldu

20:5314 İyun, 2023
497
  • A

ABŞ-da 54 yaşlı kişi ölümcül bakteriya ilə çirklənmiş çiy stiridya (molyusklar tipinin ikitaylılar sinifindən ilbiz-red.) yedikdən sonra ölüb.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, Sent-Luis dairəsi Səhiyyə Departamenti bildirib ki, həmin şəxs stridyaları Missuri şəhərətrafı bir "Fruit Stand Seafood" mağazasından alıb. Bununla əlaqədar olaraq, yerli hökumət "The Fruit Stand Seafood"da qalan bütün istiridyələrə embarqo qoyub və bu yerdən delikates alan hər kəsi bu məhsuldan qurtulmağa çağırıb.

54 yaşlı kişinin ölümü Vibrio vulnificus (vibro ulnificus) bakteriyası ilə yoluxmuş istridyə yeməsi səbəbindən baş verib. İnsanlar, adətən çiy və ya az bişmiş stiridya və digər qabıqlı balıqları yedikdə bu bakteriyaya yoluxurlar.

Vibriozun bu əlamətləri var: ürəkbulanma, qusma, qarın ağrısı, qızdırma və titrəmə. Bu infeksiyası olan insanlar tez-tez reanimasiyaya və ya ətrafların amputasiyasına ehtiyac duyurlar.

Təxminən hər beş yoluxmuş insandan biri ölür. Adətən ölüm immuniteti zəif olan insanlar arasında qeydə alınır.

Səhiyyə Departamentinin məlumatına görə, bakteriya ABŞ-da dəniz məhsulları ilə bağlı ölümlərin 95 faizdən çoxuna cavabdehdir, burada bakterial infeksiyadan ölüm nisbəti təxminən 33 faiz təşkil edir. Vibrio vulnificus ilə yoluxma riskini azaltmaq üçün mütəxəssislər qeyd olunan qidaları yeməməyə və qabıqlı balıqlarla təmasdan sonra əlləri sabun və su ilə yaxşıca yumağa çağırırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neftçi" "Zirə"ni məğlub etdi
Boksçumuz dünya birinciliyində ilkə imza atdı
Güləşçimiz dördqat dünya çempionu oldu

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR