Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynanın  radiasiya ilə bağlı məlumatlara çıxışını bağlayıb

DÜNYA

118

14.06.2023, 18:22

Ruslar Zaporojye AES-də radiasiya səviyyəsi ilə bağlı məlumatların sensorlardan Ukraynaya avtomatik ötürülməsini dayandırıblar.

 

Oxu24.com xəbər  verir  ki,  Bu barədə RBC-Ukrayna brifinqə istinadən xəbər verir ki, bu barədə nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinin rəhbəri Oleq Korikov bildirib.

 

"İki həftə əvvəl Moskvanın əmri ilə Zaporojye AES-in sənaye sahəsində yerləşən radiasiya monitorinqi sensorlarından məlumatların avtomatik ötürülməsi dayandırılıb. Bu, qəbuledilməzdir və nüvə və radiasiya təhlükəsizliyi tələblərinin pozulmasıdır", - Korikov bildirib.

 

Onun sözlərinə görə, indi stansiyanın ərazisində olan Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri sensorlardan məlumatların şəklini çəkməyə və ya qeyd etməyə və məlumatları MAQATE-nin qərargahına ötürməyə məcburdurlar.

 

Tərcümə: Miri Məcidli