Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, iyunun 14-də Kubanın baş naziri Manuel Marrero ilə danışıqlar aparıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Rusiya lideri Moskva ilə Havana arasında əlaqələrin bütün sahələrdə, o cümlədən turizm və enerji sahələrində bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
"İkitərəfli əməkdaşlığımız,razılaşdığımız bütün sahələrdə inkişaf etməlidir. Əminəm ki, belə olacaq", - Putin bildirib.
Dövlət başçısı həmçinin ümidvar olduğunu bildirib ki, SPIEF-də iştirak Kubanın baş naziri üçün maraqlı və ölkələr arasında dialoq üçün faydalı olacaq.
Putin qeyd edib ki, Rusiya Kubaya ABŞ-ın qeyri-qanuni sanksiyalarını aradan qaldırmaq üçün hər şeyi edəcək.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR