Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90868
az

Hindistanda gərginlik: 110 nəfər öldü

17:5213 İyun, 2023
91
DÜNYA
  • A

Hindistanın Manipur əyalətində Meitei icmasının "planlı qəbilə" kateqoriyasına daxil edilməməsi səbəbiylə başlayan şiddətdə həyatını itirənlərin sayı 110-a yüksəlib.

 

Oxu24.com xəbər  verir  ki, Hindustan Times qəzetinin xəbərinə görə, dünən axşam saatlarında silahlı şəxslərin Agijang şəhərinə basqın etməsi nəticəsində qarşıdurma baş verib.

 

Polis qarşıdurmada 9 nəfərin həyatını itirdiyini, 10 nəfərin yaralandığını açıqlasa da, əyalətdə zorakılıqlarda ölənlərin ümumi sayı 110-a yüksəlib.

 

Polis rəisi K Şivakanta Sinq təhlükəsizlik qüvvələrinin əraziyə gəldiyini və hadisələrin nəzarət altına alındığını, yaralıların isə xəstəxanaya aparıldığını bildirib.

 

Ştat hökumətinin rəsmi məlumatlarına görə, Manipurda zorakılıqlar səbəbindən indiyədək 47 mindən çox insan didərgin düşüb, yüzlərlə ev dağıdılıb.

Əsgərə "atmaq" əmri verildi

 

Ştat əhalisinin 53 faizini təşkil edən Meitei icması “planlı qəbilə” kateqoriyasına daxil olmadıqlarını əsas gətirərək nümayişlər təşkil edərkən, 30 faizini təşkil edən Kuki də daxil olmaqla qrupların etirazları əhali, zorakılığa səbəb olur.

Nümayişlər mayın 3-dən zorakılıq səhnəsinə çevrilib və mayın 4-də əsgərlərə “atmaq” əmri verilib.

Hindistanda "planlı qəbilə" kateqoriyasındakı icmalara siyasi təmsilçilik, məktəblərdə kvota və dövlət qulluğu kimi imkanlar verilir.

Qanunla dağlıq ərazilərdə məskunlaşmağa icazə verilməyən Meitei əyalətdə Myanma və Banqladeşli mühacirlərin sayının artması səbəbindən çətinliklərlə üzləşdiklərini iddia edir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ koronavirusun necə yarandığını AÇIQLADI
Suriyanın Hələb şəhərində rabitə qismən kəsilib
Ankarada qırmızı bülletenlə axtarılan     türkmən   saxlanıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərinin telefonundakı videoları yaydı- Belə cəzalandırıldı