Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90859
az

İranda itkin düşdüyü bildirilən Fərid Səfərlidən xəbər var - VİDEO

17:4814 İyun, 2023
193
CƏMİYYƏT
  • A

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

OXU24.COM  Gunaz.tv-yə istinadla bildirir ki, bu barədə anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib.

Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".

Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır: "İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Milli.Az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda aktyor vəfat etdi - Foto
Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır
Günəşdə güclü partlayışlar oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ