NATO-nun baş katibi olmağa namizəd tapılmır.
Oxu24.com xəbər verir ki,Britaniyanın "Financial Times" qəzeti yazır ki, NATO-ya üzv ölkələr NATO-nun baş katibi Yens Stoltenberqin xələfinin namizədliyi ilə bağlı razılığa gəlməkdə çətinlik çəkdiyi üçün onun səlahiyyət müddətini uzatmaq variantına meyl edirlər.
Qəzet qeyd edib ki, alyansın 31 üzvünün hamısını qane edəcək namizədin tapılmasının çətinliyi o deməkdir ki, Stoltenberqdən mandatını dördüncü dəfə uzatmağı xahiş etmək ehtimalı qərarın qəbulunu gələn ilə qədər təxirə salan qısamüddətli kompromis olacaq.
ABŞ NATO-da ən mühüm güc olsa da, amerikalı hərbi komandan həmişə alyansın baş komandanı olsa da, baş katib həmişə Avropaya üzv olan ölkənin nümayəndəsi olub.
Stoltenberqin səlahiyyət müddətinin uzadılması qərarı Danimarkanın baş naziri Mette Frederiksen və İngiltərə müdafiə naziri Ben Uollesin namizədliklərinin yekdil dəstək almamasından sonra verilib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR