Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90850
az

Ərdoğan: Paşinyan geri addım atmadı

16:1214 İyun, 2023
204
DÜNYA
  • A

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin andiçmə mərasimi üçün Ankaraya gəldiyinə görə Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib.

 

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir   ki,Türkiyə lideri Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində Ermənistanın müəyyən konstruktiv mövqeyi ilə bağlı sualı  cavablandırıb.

Ərdoğan Paşinyanın Ankaraya səfərini “vacib addım” adlandırıb.

“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalifət əhval-ruhiyyəsini dəf etdi. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə gəlişimlə əlaqədar minnətdarlığımı bildirdim”, - deyə prezident bildirib.

 

Prezident Ərdoğan Ermənistan baş nazirinin Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin ərazi bütövlüyünün tanınması ilə bağlı dediklərini də “vacib” adlandırıb. “Lakin, bayaq dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox, çox vacib bir məqamdır. Bu günə qədər Paşinyan geri addım atmayıb”, - deyə Ərdoğan bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsəd rejiminin daxilindən sensasion açıqlamalar: Komandirlərin edamı, 135 milyard
dollarlıq qaçışı
Türkiyə Suriyada HƏRƏKƏTƏ KEÇDİ -Onlara qarşı əməliyyat başladı
Rusiyada bir il ərzində 200-ə yaxın terror aktının qarşısı alınıb

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Ağadadaş Ağayev "Medera Hospital"dan   yarım milyon istəyir