Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90837
az

Məhkəmə Trampla bağlı qərar verib

12:0513 İyun, 2023
126
DÜNYA
  • A

Mayami məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı hərəkət və ya girovla bağlı məhdudiyyətlər qoymayıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Reuters  məlumat yayıb.

 

Bu o deməkdir ki, Donald Tramp prezidentlik kampaniyasını maneəsiz keçirə biləcək.

 

Tramp bütün 37 maddə üzrə ittihamları rədd edir. Ona iş üzrə şahidlərlə danışmağa icazə verilməyib. Məhkəmə qapalı keçirilib.

 

Bu, Donald Trampın son aylarda məhkəmə zalına ikinci səfəridir. Aprel ayında o, porno ulduz Stormi Danielsə onunla münasibətdə olduğu barədə susması müqabilində rüşvət alması ilə bağlı məhkəmə işində özünü təqsirli bilməyib.

 

İyunun 9-da Donald Trampa qarşı məxfi sənədləri qanunsuz saxlamaqda və ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsddə ittiham irəli sürülüb.

Günahı sübut olunarsa, o, bir neçə onilliklər həbsxanada qala bilər.

Eks-prezident hesab edir ki, ABŞ-ın hazırkı rəhbəri Co Bayden onu həbsxanaya göndərməyə və bununla da seçkilərdəki rəqabətdən qurtulmağa çalışır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var