Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90815
az

Aktual problemdən necə azad olmaq olar?

21:5913 İyun, 2023
148
CƏMİYYƏT
  • A

Angina ağız boşluğunun infeksiyalaşmasına səbəb olan xəstəlikdir. Bu xəstəliyə ən çox dondurma sevənlər və soyuq su içənlər rastlaşır. Qəbul olunan soyuq məhlul orqanizmin mühitini soyuqlaşdırır bu zaman immunitet aşağı düşür və infeksiya inkişafı üçün ideal mühit yaranır. Nəticədə, angina baş verir və adəti üzrə boğazda ağrı, yüksək hərarət, ümumi zəiflik artır. Bu infeksiyaya yoluxma halına bütün yaş qruplarında rast gəlmək olar, heç kim bu infeksiyaya yoluxmadan sığortalanmayıb.

Bir neçə onillik bundan əvvəl insanlar angina ilə əsasən payız, qış və ya yazın əvvəlində xəstələnirdilər. İndi həkimlər daha tez-tez onu yay xəstəliyi adlandırırlar.

Xəstəlik yüngül olarsa, xalq üsullarından istifadə edərək angina ilə mübarizə aparmaq olar. Bu vəziyyətdə, ətrafdakı insanları infeksiyadan qoruya bilmək üçün, xəstəni ayrı otağa keçirtmək, istifadə olunan əşyalarını ayırmaq lazımdır.

Ağır hallarda isə, elə ilk günlərdən temperatur 39 dərəcəyə qədər yüksələ bilər. Boğazda ağrılar artır, səs zəifləyir. Udarkən ağrı o qədər güclü ola bilər ki, xəstə yeməkdən imtina edir və yata bilmir. Anginanın ağır vəziyyətlərində xəstə çaşqınlıq hiss edə bilər. Boğazdakı limfa düyünləri şişir və böyüyür.

Angina zamanı həkimlərin məsləhət gördükləri - ağız boşluğunun müxtəlif məhlullarla qarqarasıdır. Bu zaman antiseptik ve antibakterial qarqaralar olduqca təsirli sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
Qocalıqda da qartal kimi görmək mümkündür
Meteohəssas insanlara XƏBƏRDARLIQ: sabah...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var