Bakıda yaşayan Vəliyevlər ailəsinin sevincinin həddi-hüdüdu yoxdur.
Ailə 3 illik həsrətin sonunda 3 gözəl qız övladın dünyaya gəlişi sevincini yaşayır. Dövlətimizə və dövlət başçısının ailəsinə böyük sevgi bəsləyən ailə üçəmlərə Mehriban, Leyla və Arzu adlarını verib.
Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.
Ailənin maddi vəziyyəti nə qədər pis olsa da, 3 körpənin verdiyi xoşbəxtlik gözlərindən oxunur.
Oxu24.com
ŞƏRHLƏR