Müğənni Vüsal Əliyevin evində toy olacaq.
OXU24.COM bildirir ki, bu barədə ifaçı "Xəzər axşam"ı verilişində danışıb. O, iyunun 21-də qızına toy edəcəyini bildirib:
"Baxmayaraq ki, üç oğlum var, amma birinci qızımın toyu olacaq. 24 yaşı var. Qismət belə oldu. Şuşalılarla qohum olacağıq. Məni tanıyanlar az-çox xarakterimi bilir. 2023-cü ildir, amma bu hadisə görücü üsulu ilə oldu. Qızıma təşəkkür edirəm ki, başımı uca edib. Sənət adamlarını da dəvət edəcəyəm. Yəqin ki, sevincli günümüzə şərik olarlar".
Oxu24.com
ŞƏRHLƏR